Müğənni Nadir Qafarzadə aparıcı Rövşanə Ağasəfqızının verilişlərin birində söylədiyi "Ailədə düşüncə azadlığı önəmlidir. O demək deyil ki, ən qısa paltarı geyinəcəksən. Amma qızım ürəyi istəyəni geyinir, qarışmıram. Geyimin həddini, sərhədini bilir" fikirlərə münasibət bildirib.
Publika.az bizim.media-ya istinadən bildirir ki, bununla bağlı sənətçi sosial şəbəkədə şərh yazıb.
"Kim öz evində nə edir, necə edir, özü bilər. Belə danışa-danışa Azərbaycanda boşanmayan ailə qoymadınız. Milli dəyərlər getdi, adət-ənənə rəhmətə getdi, əxlaq, namus gora getdi. Siz müasir olun, camaata dəyməyin. Qoyun, normal Azərbaycan ailələri öz bildikləri kimi yaşasınlar. Açıq-saçıq və lüt gəzmək müasirlik deyil, bunu unutmayın. Müasirlik başqa şeydir, onu hər adam anlamaz. Bu qədər!", - deyə Nadir vurğulayıb.