Rusiyanın xalq artisti, məşhur müğənni Filipp Kirkorov fəxri adından məhrum olmayacaq.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Mədəniyyət Nazirliyi məlumat yayıb.
Nazirlik rəsmisinin sözlərinə görə Xalq artisti adının ləğvi ilə bağlı qərar yalnız təltif olunan şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə təqsirli bilindiyi halda təsdiq oluna bilər.
Qeyd edək ki, bir neçə gün əvvəl Filip Kirkorov bloger Anastasiya İvleyevanın təşkil etdiyi “çılpaq” gecəndə iştirak edən sənətçilərdən biri olub. Məlum hadisədən sonra ictimai fəallar Mədəniyyət Nazirliyindən Kirkorovu “Rusiya Federasiyasının xalq artisti” titulundan məhrum etməyi tələb ediblər.
Cəmilə