Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura start veriləcək.
Publika.az xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək. Əvvəlcə pis mövsüm keçirən "Sabah" elitada qalmaq uğrunda mübarizə aparan "Kəpəz"i qəbul edəcək.
Digər matçda isə avrokuboklar uğrunda mübarizə aparan "Araz-Naxçıvan" və "Səbail" münasibətlərinə aydınlıq gətirəcək.
Xatırladaq ki, 23-cü turun "Qəbələ" - "Qarabağ" oyunu təxirə salınıb.
Azərbaycan Premyer Liqa, 23-cü tur
17 fevral (şənbə)
16:00 “Sabah” – “Kəpəz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Bank Respublika Arena”
18:30 “Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov
“ASCO Arena”
18 fevral (bazar)
15:30 “Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18:00 “Neftçi” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
“Neftçi Arena”
Heybət