Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsi 18 b ünvanında yerləşən “Xəzər Garden” ictimai-iaşə obyektindən gələn səs-küylə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən yerində araşdırılıb.
Xidmət rəsmisi Qafar Ağayev Publika.az-a bildirib ki, ərazidə aparılan ölçmə işlərinin nəticəsinə görə, “Xəzər Garden” iaşə obyektindən ətrafa yayılan səs-küy səviyyəsinin normadan artıq olduğu müəyyən edilib.
“Faktla bağlı obyektin səlahiyyətli nümayəndəsi Rasim Bağırov barəsində protokol tərtib olunub və nöqsanların aradan qaldırılması məqsədilə ona icrası məcburi olan məcburi göstəriş verilib”.