Tailand polisi azarkeşlərdən özlərini "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso kimi təqdim edən onlayn fırıldaqçılara pul köçürməməyi xahiş edib.
Publika.az xəbər verir ki, yerli hüquq-mühafizə orqanları xəbərdarlıq edib ki, ispan məşqçinin məşhur sosial şəbəkədə saxta hesabında azarkeşlərdən Liverpula təyyarə biletlərini ödəmək üçün 8,50 dollar tələb olunur.
"Liverpul"un baş məşqçisi Yurgen Klopp mövsümün sonunda klubu tərk edəcəyini açıqladıqdan sonra Alonso "qırmızılar"ın başına keçməyə ehtimal olunan namizədlərdən biridir. Tailanddakı fırıldaqçılar Alonsonu Kloppun varisi kimi görmək istəyən azarkeşləri aldatmağa çalışırlar.
Tay dilində sosial mediada yazılan bir yazıda "Mən Xabi Alonsoyam, gələn mövsüm "Liverpul"u çalışdıracağam, amma Liverpula uçmaq üçün pulum yoxdur", - deyə qeyd olunub..
“"Liverpul" azarkeşləri, sakit olun. Xabi hələ məşqçi deyil, amma fırıldaqçı artıq peyda olub”, – deyə Tailand polisi azarkeşlərə xəbərdarlıq edib.
Heybət