Riqada Estoniya, Latviya və Litvanın hərbi idarələrinin rəhbərləri Rusiya ilə sərhəddə müdafiə xəttinin birgə tikintisinə dair saziş imzalayıblar.
Publika.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi öz saytında məlumat verib.
Müdafiə zonası hərbi təhdidlərin qarşısını almaq və onlardan qorunmaq üçün nəzərdə tutulmuş müxtəlif obyektlərdən ibarət olacaq.
Estoniya Müdafiə Nazirliyi “Baltikyanı müdafiə zonası”nı Ukraynadakı münaqişə təcrübəsini nəzərə alaraq diqqətlə düşünülmüş layihə adlandırıb.
Eyni zamanda, Baltikyanı ölkələr sülh dövründə bu zonada partlayıcı maddələr və tikanlı məftillər yerləşdirməyi planlaşdırmır.
Öz növbəsində, “Postimees” qəzeti yazır ki, təkcə Estoniya şərq sərhədində 600-ə yaxın bunker tikmək niyyətindədir.