Avro 2024-ün azarkeş zonalarına İsrail və Fələstin bayraqlarının gətirilməsi qadağan ediləcək.
Publika.az xəbər verir ki, bu barədə UEFA və turnirin təşkilat komitəsi qərar verib. Fan zonalarında yalnız futbol üzrə Avropa çempionatında iştirak edən 24 ölkənin bayraqlarının olmasına icazə var.
Qeyd edək ki, 2023-cü ilin oktyabrından Fələstinlə silahlı münaqişə vəziyyətində olan İsrail, pley-offda İslandiyaya uduzaraq Avro-2024-ə vəsiqə qazana bilməyib.
Heybət