Belarusda parlamentin aşağı palatası və yerli şuralara seçkilər keçirilir.
Publika.az xəbər verir ki, ölkə tarixindəki ilk vahid səsvermə günündə demək olar ki, 5500 seçki məntəqəsi fəaliyyət göstərir.
Vahid səsvermə günü 2022-ci ilin fevralında qəbul edilmiş yenilənmiş konstitusiyaya uyğun olaraq keçirilir. Əvvəllər dörd illik seçki dövrü ərzində bir neçə seçki kampaniyası təşkil olunub. İndi isə parlament və yerli şuraların deputatları eyni vaxtda beş il müddətinə seçiləcəklər.
Milli Assambleyanın Nümayəndələr Palatasında 110 yer uğrunda 263 namizəd, yerli şuralarda isə 12514 yer uğrunda 18802 namizəd mübarizə aparır.
Qeyd edək ki, Belarusda 6,9 milyondan çox insanın səsvermə hüququ var. Belarusun xarici ölkələrdəki nümayəndəliklərində seçkilərin keçirilməsi nəzərdə tutulmur.