28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Almaniya səfiri Türkiyə XİN-ə çağırıldı: Merih Demirala görə...

03 iyl 2024 16:00
GÜNDƏM
ads
Advertisement

Almaniya səfiri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, almaniyalı diplomat Türkiyə XİN-ə futbolçu Merih Demiralın məsələsi ilə əlaqədar çağırılıb.

Xatırladaq ki, Almaniyanın daxili işlər naziri Nensi Faser Avropa çempionatının 1/8 final mərhələsində Avstriya ilə matç çərçivəsində Bozqurd salamı verən Türkiyə yığmasının futbolçusu Merih Demirala qarşı UEFA-dan sanksiya tələb edib.

Türkiyə XİN UEFA-nın Merih Demirala qarşı araşdırma başlatmasını qəbuledilməz adlandırıb.

“Digər tərəfdən, Almaniya Federal Konstitusiyasını Müdafiə Təşkilatının 2023-cü ilin sentyabrında dərc etdiyi hesabatda hər Bozqurd salamı verən şəxsin radikal sağçı adlandırıla bilməyəcəyi və Bozqurd işarəsinin Almaniyada qadağan olunmuş simvol olmadığı vurğulansa da, Merih Demirala qarşı Almaniyanın səlahiyyətli şəxsləri tərəfindən göstərilən reaksiyaların özü ksenofobiyadır. Biz idman tədbirinin qeyd olunması zamanı heç kimin hədəf alınmadığı şəkildə tarixi və mədəni simvoldan istifadə edilməsinə siyasi motivli reaksiyanı pisləyirik”, - deyə bildirilib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur