Rusiya Prezidenti Vladimir Putin və İran Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Möhbər arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı tərəflər bütün əsas istiqamətlər üzrə gələcək qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığı müzakirə ediblər.
Putin və Möhbər enerji sektorunda Rusiya və İran arasında qarşılıqlı fəaliyyətin uğurunu və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsini qeyd ediblər.