10.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Bəzi taksi sürücüləri sərnişindən əlavə pul tələb edir - VİDEO

05 okt 2025 00:00
GÜNDƏM
ads
Advertisement

Bəzi taksi sürücüləri proqramın müəyyən etdiyi gedişhaqqı ilə razılaşmır və sərnişindən əlavə ödəniş tələb edir. Bu da həm sərnişində narazılıq yaradır, həm də həmin taksi şirkətinin imicinə zərər vurur.

Qutb.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu cür hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edilib.

Sürücü sərnişindən proqramın təyin etdiyi 12 manat 40 qəpik əvəzinə 20 manat istəyib. Bəhanə olaraq məsafənin çox olduğunu deyib.

Bu pulu ödəməyəcəyi təqdirdə isə sifarişi yerinə yetirməyəcəyini bildirib. Rəylərdə də hər kəs tələb edilən məbləğin həmin məsafə üçün çox olduğunu yazıb.

Sorğu apardığımız zaman paytaxt sakinləri bu cür hallarla rastlaşdıqlarını bildirdilər. 

Hətta bəzi sürücülərin müxtəlif üsullarla sərnişini sifarişin ləğvinə məcbur etdiyini deyənlər də oldu.

Nəqliyyat ekspertləri belə hallarda həm sürücülərin, həm də şirkətlərin məsuliyyət daşıdığını bildirirlər.

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur