AFFA-da keçiriləcək prezident seçkilərinin vaxtı məlum olub.
Publika.az-ın əldə etdiyi məlumata görə, qurumun hesabat-seçki konfransı mart ayının sonuncu həftəsində baş tutacaq. Həmin toplantıda hazırkı federasiya rəhbərliyi hesabat verəcək. Ardınca prezident postuna seçkilər keçiriləcək.
Millinin baş məşqçi məsələsinə gəlincə, konfransa qədər komandamız FİFA-nın təşkilatçılığı ilə Bakıda keçiriləcək mini-turnirdə iştirak edəcək. Yığmamız martın 22-də Monqolustanla, 3 gün sonra isə Bolqarıstanla üz-üzə gələcək. Sözügedən qarşılaşmalara komandanı Arif Əsədov çıxaracaq. Qarşıdakı 2 oyun məhz 2019-cu ildən yığmanın məşqçilər korpusunda yer alan mütəxəssisə tapşırılıb.
Millinin yeni baş məşqçisinin adına isə AFFA-nın hesabat-seçki konfransından sonra - iyuna kimi aydınlıq gələcək.
Heybət