08.05.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Putin bu ölkələrin liderlərini təbrik edib - SİYAHI

08 may 2025 16:00
GÜNDƏM
ads

Rusiya prezidenti Vladimir Putin keçmiş sovet respublikalarının, İsrailin liderlərinə, həmçinin Gürcüstan və Moldova xalqlarına təbrik ünvanlayıb.

Qutb.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin II Dünya Müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, İsrail liderlərinə, həmçinin Gürcüstan və Moldova xalqlarına təbrik məktubu göndərib. Eyni zamanda separatçı Abxaziya və Cənubi Osetiya liderləri də bu siyahıya daxil edilib.

Prezident vurğulayıb ki, ölkələr faşist işğalçılarına qarşı çiyin-çiyinə rəşadətlə vuruşan, arxa cəbhədə fədakarlıqla çalışan ata və babaların şərəfli əməllərinin, böyük fədakarlıqlarının xatirəsini müqəddəs şəkildə yad edirlər.

Putin müharibə veteranlarına və arxa cəbhə işçilərinə ürəkdən təbriklər və səmimi təşəkkür sözləri çatdıraraq, faşistlərin və onların əlaltılarının törətdikləri vəhşilikləri unutdurmaq üçün hər cür cəhdlərə son qoyulmasının vacibliyini qeyd edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur