Publika.az xəbər verir ki, Aparıcı-aktyor İlkin Həsəni və xanımı, influenser Aysel Həsəni (iceline) “Səma ilə görüş” filminin qalasında kamera qarşısına keçib.
Publika.az xəbər verir ki, o, A. Həsəni həyat yoldaşının ekran işindəki obrazından söz açıb:
“Obrazından məlumatım var. Ssenarini hər dəfə öncədən oxuyur. Ona görə bilirəm. Düşünürəm ki, İlkinə yaraşan obrazdır. Tam özünü göstərə biləcək. Hər zaman çəkildiyi komediya obrazında özünü göstərə bilmir. Hər kəs İlkinin nəyə qadir ola bildiyini görəcək. Onun dramda yaxşı oynaya bilmə potensialı var. Komediyadansa bu tərz orbazları daha çox seviləcək”.
İ. Həsəni isə deyib ki, tərəf müqabili Turanə Hüseynli ilə bəzi səhnələrindən xanımının xəbəri yoxdur:
“Nəhayət ki, pariksiz, bığsız, yaşıl pencəksiz, “sport” şalvarsız filmə çəkildik. Əslində, “Moskva-Bakı qatar”ından təcrübəmiz var idi. Amma bu tam fərqli film oldu. Adətən, öz filmlərimiz üçün həyəcanlanırdım. Burada tamam başqa həyəcan var. Bilmirəm ki, rolumu tamaşaçılara bəyəndirə biləcəm, ya yox. Düşünürəm ki, maraqlıdır. Həyat yoldaşım burada olmalıdır. Orada Turanə xanımla bir səhnəmiz var. Həmin vaxt qızıma deyərəm ki, onun başını qatar. Aysel xanımın hələ ssenaridən xəbəri yoxdur, bilmir, onu nələr gözləyir”. (OLAY)