İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Nazirlər Kabinetinin həftəlik iclasına Trampa sui-qəsd mövzusu ilə başlayıb.
Publika.az xəbər verir ki, o, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Pensilvaniyada keçirilən mitinqində baş verən hücumu pisləyib.
“Dünən hamımız ABŞ-ın keçmiş prezidenti və prezidentliyə namizəd Donald Trampın həyatına cinayət cəhdini şok içində izlədik. Bu, təkcə iyrənc cinayət deyil, həm də Amerika demokratiyasını məhv etmək cəhdidir”, - deyə baş nazir çıxışında deyib.
Netanyahu Trampın xilas olmasını isə möcüzə adlandırıb:
"Xoşbəxtlikdən Tramp möcüzəvi şəkildə xilas oldu. İndi sağalır, yenidən aramızdadır. Mən ona şəxsən öz adımdan, həyat yoldaşım Saranın adından, İsrail hökumətinin nazirləri adından və bütün İsrail xalqı adından tezliklə sağalmağı və tam sağalaraq tam güclə həyata qayıtmağı arzuladığımızı bildirmək istəyirəm”.
Baş nazir özünün "X" səhifəsində də Trampla bağlı paylaşım edib.