İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin yaxın günlərdə Fələstinin Həmas hərəkatına hərbi və siyasi təzyiqlərini artıracağını bildirib.
Publika.az xəbər verir ki, onun sözlərindən "RİA Novosti" sitat gətirib.
“Yaxın günlərdə HƏMAS-a hərbi və siyasi təzyiqi artıracağıq, çünki bu, girovlarımızı azad etmək və qələbəmizə nail olmaq üçün yeganə yoldur”, - Netanyahu bildirib.
O, həmçinin ölkənin təhlükəsizliyinin təmin edilməsində İsrail Müdafiə Qüvvələrinin (IDF) müstəsna rolunu vurğulayıb .
Aprelin 21-də Fələstinin HƏMAS qruplaşmasının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Türkiyə mətbuatına müsahibəsində Fələstin Azadlıq Təşkilatının (FAT) himayəsi altında müstəqil Fələstin dövlətinin yaradılması təklifi ilə çıxış edib.
Haniyə Rusiya Federasiyasını Qəzzanın təhlükəsizliyinin təminatçıları arasında görmək istədiyini də bildirib.
Aprelin əvvəlində məlum olub ki, Türkiyə bölgədəki “siyasi və hərbi mövcudluğundan” istifadə edərək Fələstinin təhlükəsizliyinin təminatçısı kimi çıxış etməyə hazırdır.
Əvvəllər ərəb ölkələri Fələstin dövlətçiliyi üçün İsraildən zəmanət tələb edirdilər.
Hüseyn İbadlı