"Mançester Siti" Premyer Liqanı məhkəməyə verib.
Publika.az xəbər verir ki, "şəhərlilər" klublar və oxşar şirkətlər arasında kommersiya və sponsorluq müqavilələrinin qiymətləndirilməsinə şamil edilən əlaqəli əməliyyatlar qaydasının ləğvini istəyir. Bu barədə "The Times" məlumat yayıb.
2021-ci ildə "Nyukasl"ın Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu tərəfindən satın alındığı zaman tətbiq edilən qayda bu cür sövdələşmələrin ədalətli bazar dəyərini müəyyən etmək üçün müstəqil şəkildə qiymətləndirilməsini tələb edir. “Mançester Siti” isə bunu qanunsuz hesab edir və gəlir itkisinə görə dəymiş ziyanı tələb etmək istəyir. “Siti” hesab edir ki, onlar ayrı-seçkiliyin qurbanı olurlar.
Məhkəmə dinləmələri iyunun 10-da başlayacaq və 2 həftə davam edəcək.
Qeyd edək ki,"Mançester Siti"nin maliyyə ədalətli oyun qaydalarını pozduğu 115 fakt üzrə məhkəmə noyabrda başlayacaq. Mançester təmsilçisi Premyer Liqaya qarşı iddiasını qazanarsa, bu, 2023-cü ildə kluba qarşı irəli sürülən ittihamlara təsir edəcək.
Heybət