Dünən axşam saatlarında İsmayıllı şəhəri ərazisində Azad Şalbuzov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən piyada, 1957-ci il təvəllüdlü Məmmədov Sədiyar Əziz oğlunu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanada vəfat edib.
Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, faktla bağlı cinayət işi başlanılıb.
Milli.Az