“Danışıqlar Ukraynanın yenidən silahlanması üçün pauza yox, Rusiyaya veriləcək təhlükəsizlik zəmanətləri ilə bağlı ciddi söhbət olmalıdır”.
Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına və “RİA Novosti”yə müsahibəsində deyib.
Dövlət başçısının sözlərinə görə, Moskva ciddi söhbətə hazırdır və bütün münaqişələri, xüsusən də Ukrayna münaqişəsini sülh yolu ilə həll etmək istəyir.
O qeyd edib ki, onları danışıqlar anının yetişdiyinə inandırmaq üçün “göstəriləcək yerköküdən” xəbərdardırlar.
“Biz istəyirik ki, bütün mübahisələri və bu mübahisəni, münaqişəni sülh yolu ilə həll edək. Biz buna hazırıq”, - deyən Putin Rusiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ciddi məsələdən söhbət getdiyini vurğulayıb.
Tural