Təhlükəsizlik qüvvələri “Ən Güclü Cadugərlər İmperiyası” okkult təşkilatının lideri Yelena Sulikovanı fırıldaqçılıqda və ekstremizmdə şübhəli bilinərək saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.
“Çərşənbə axşamı təhlükəsizlik qüvvələri “Ən Güclü Cadugərlər İmperiyası” okkult təşkilatının rəhbəri Yelena Sulikovanı (izləyicilər onu Alena Polyn adlandırırdılar) saxlayıblar”, - mənbə bildirib.
Onun sözlərinə görə, qadın Moskva vilayətindəki evində dələduzluq və ekstremizmdə şübhəli bilinərək saxlanılıb və hazırda orada axtarışlar aparılır. Əvvəllər qurumun üzvlərinin vətəndaşlara psevdodini xidmətlər göstərdiyi müəyyən edilib.
Hüseyn İbadlı