06.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

"Senzuraya həmişə ehtiyyac var" - İlqar Muradov

06 iyl 2024 03:00
GÜNDƏM
ads

"Səviyyəli musiqilər var və olacaq. Amma şou-biznez biznes olduğu üçün müğənnilər tələbat nəyədirsə, qaçıb onu oxuyurlar ki, irəli gedib maddiyyət əldə etsinlər. Bayağılıq əvvələr də olub. Amma bu qədər yox. İndi niyə artıb? İndi efirlər, televizya kanalları çoxdur, sosial şəbəkələr inkişaf edib. Əvvəl dövlət televiziyası idi ki, ora da hər kəs buraxılmırdı. Bədii şurada mahnı, sözləri, ifa, hamısı nəzərə alınırdı, sonra efirə buraxılırdı. Həmin dövrdə də bayağı musiqilər var idi, amma bu qədər parlaq deyildi".

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti İlqar Muradov "Künc-bucaq" layihəsində qonaq olarkən deyib. O, verilişlərə seçib getdiyini bildirib:

"Senzuraya həmişə ehtiyyac var. Əslində də indi də var. Lakin özlə kanallar üçün işləmir. Onlar baxış üçün bunu edirlər. Başa düşürəm ki, onlar maaş verməlidirlər, öz büdcələri olmalıdır. Bu, ələkdir. Vaxtı var, gəlib gedəcək. Musiqi yaxşı deyilsə, o yaşamayacaq. Düşünmürəm ki, bizim xəlbir xarab olub. Xalqın gözü tərəzidir. Bu həm də insanın səviyyəsi ilə bağlıdır.

Verilişləri seçib gedirəm. Özəl günlərdə telekanallarda çıxışlarım olur. Belə isə, layiqli verilişlərdə oluram. Bəli, özümü gördüyüm verilişlər var. Heç kimi tənqid etmək fikrim yoxdur. Günah təkcə televiziya kanallarında deyil. Onlara maliyyə məsələlərində dəstək lazımdır. Tənqidi heç kim bəyənmir, onda pis adam olursan".

(Axşam.az)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
136 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur