Lionel Messinin “İnter Mayami”yə transferi bütün MLS kimi klubun maliyyə vəziyyətinə də müsbət təsir göstərib.
Publika.az "Sportico"ya istinadən xəbər verir ki, son bir ildə Florida təmsilçisinin təxmini dəyəri 74% artaraq hazırda 1,2 milyard dollar təşkil edir.ABŞ klubunun gəlirləri də artıb. Keçən il ərzində “İnter Mayami” 127 milyon dollar qazanıbsa, 2022-ci ildə klubun mənfəəti 55 milyon dollar olub.
Qeyd olunur ki, son bir ildə MLS klublarının gəlirləri 27% artıb.
Xatırladaq ki, “İnter Mayami”nin heyətində Messi bütün turnirlərdə 14 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Heybət