Portuqaliyalı mütəxəssis Joze Mourinyo "Roma"nın futbolçularının ona xəyanət etdiyini düşünür.
Publika.az xəbər verir ki, bu barədə "Il Messaggero" məlumat yayıb.
Mənbənin sözlərinə görə, romalıların sabiq baş məşqçisi onun istefasından sonra komandanın Daniele De Rossinin təyinatına dərhal dəstək verməsini xəyanət hesab edib. Qeyd olunur ki, Mourinyo 2021/22 Konfrans Liqasında "Roma"nın qələbəsinə həsr olunmuş futbolçuların hədiyyə etdiyi üzüyü götürməyib və komandanın kapitanı Lorenzo Pelleqrininin otağında qoyub.
Heybət