Fil dişi sahillində keçiriləcək Afrika Millətlər Kubokunda çıxış edəcək Əlcəzair millisinin düşərgəsində qalmaqal yaşanıb.
Publika.az xəbər verir ki, hadisə komandanın ilk məşqi zamanı baş verib. Hazırlıq prosesinin icazəsiz pilotsuz uçuş aparatı vasitəsilə müşahidə edildiyi məlum olub. Bu barədə dərhal polisə məlumat verilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları “çöl tülküləri”nin fəaliyyətini izləyən yerli şəxsi hadisə yerində həbs edib. Mənbənin sözlərinə görə, cinayətkarın cihazına baxış zamanı məşq prosesinin görüntüləri aşkarlanıb. Onun hansı səbəbdən belə addım atdığı və hansı komanda üçün kəşfiyyat apardığı açıqlanmayıb.
Xatırladaq ki, 34-cü Afrika Millətlər Kubokuna yanvarın 13-də start veriləcək. Əlcəzair millisi ilk oyununu yanvarın 15-də Anqolaya qarşı keçirəcək. Komanda
Hər qrupdan iki ən yaxşı komanda irəliləyəcək. Həmçinin, ən çox xal toplamış dörd üçüncü yeri tutan komanda 1/8 finala vəsiqə qazanacaq. Final fevralın 11-də baş tutacaq. “Ağ-yaşıllar” eyni zamanda Burkina Faso və Mavritania yığmaları ilə də eyni qrupda yer alıb.