29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Beynəlxalq sorğu: Qərbdə optimizm azalır, Şərqdə və Cənubda isə...

30 dek 2023 14:00
GÜNDƏM
ads
Advertisement

"Gallup International" tədqiqat agentlikləri beynəlxalq assosiasiyasının ilin sonunda keçirdiyi qlobal sorğuya əsasən, iqtisadi gözləntilər Qərbdə azalır, Şərq və Cənubda isə yaxşılaşır.

Publika.az xəbər verir ki,sorğuda 40 ölkədən olan respondent iştirak edib.

Beləliklə, sorğunun nəticələrinə əsasən dünya üzrə respondentlərin 26%-i qlobal iqtisadiyyatda müsbət dəyişikliklər gözləyir, 39%-i əks mövqedədir, 29%-i isə ciddi dəyişikliklər gözləmir.

“Yəni dünyada əvvəlki illərdə olduğu kimi iqtisadi neqativizm hökm sürür. Qərbdə iqtisadiyyatla bağlı optimizm aşağı düşür. Qərbdə iqtisadi gözləntilər azalır, şərqdə və cənubda yaxşılaşır”, – "Gallup" tədqiqatçıları yazır.

Qeyd olunur ki, Avropa ölkələrinin heç birində (Albaniya və Kosovo istisna olmaqla) müsbət əhval-ruhiyyə üstünlük təşkil etmir və “optimistlər” siyahısına əsasən Şərq və qlobal Cənub ölkələri daxildir. Məsələn, ən yüksək göstərici Səudiyyə Ərəbistanındadır, burada “iqtisadi ümid indeksi” 78 bal təşkil edib. Hindistanda bu göstərici 0-dır, yəni ölkədə eyni sayda iqtisadi optimist və pessimist var.

Ən bədbin fikirlər Almaniya , Kanada və ABŞ-da müşahidə olunub.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur