Beynəlxalq Futbol Federasiyası ( FİFA ) Qəzza zolağında döyüşlər səbəbindən təşkilatın nizamnaməsini pozduğuna görə İsraili bütün yarışlardan kənarlaşdıra bilər.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" beynəlxalq hüquq və insan haqları üzrə ixtisaslaşmış hüquqşünasların müstəqil hüquqi təhlilinə istinadla məlumat yayıb.
Mənbə bildirib ki, Fələstin Futbol Assosiasiyası (PFA) 2024-cü ilin mayında İsraili diskvalifikasiya etmək təklifi ilə çıxış edib. FİFA bu məsələyə öz şurasının iyulda keçiriləcək növbədənkənar iclasında baxacağına söz verib.
Asiya Futbol Konfederasiyası da İsrailə qarşı şikayəti dəstəkləyib.
Millətlər Liqasının 2024/25 mövsümündə İsrail Belçika, İtaliya və Fransa milli komandaları ilə birlikdə A Liqasının ikinci qrupunda çıxış edəcək .