Cümə günü səhər saatlarında Braziliyanın San Paulu ştatında polad zavodunda qazanın partlaması nəticəsində ən azı 5 nəfər ölüb, onlarla insan yaralanıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Kabreuva şəhərində baş verib. Faciə baş verən zaman hadisə yerində 33 nəfər olub. On nəfər ağır vəziyyətdə yerli tibb müəssisələrinə çatdırılıb.
Xilasetmə xidmətləri hadisə yerində fəaliyyət göstərir. Ehtimal olunur ki, dağıntılar altında zərərçəkənlər ola bilər.
Şahidlərin sözlərinə görə, səsi 5 km radiusda eşidilən partlayışın səbəbləri barədə məlumat verilmir.
Milli.Az