"Bayern" azarkeşlərin irqçi davranışını pisləyən bəyanat yayıb.
Publika.az xəbər verir ki, buna səbəb Dayo Upamekanonun Çempionlar Liqası çərçivəsində keçirilən "Latsio" ilə matçda (0:1) qırmızı vərəqə aldıqdan sonra sosial şəbəkələrdə təhqirlərə məruz qalmasıdır.
“Sosial mediada Upamekanoya qarşı yönələn irqçi şərhlər iyrəncdir. "Bayern" bunu ən sərt şəkildə pisləyir. Kim belə şərhlər yazsa, klubumuzun azarkeşi deyil. Biz səni dəstəkləyəcəyik, Upa!” - deyə klubun açıqlamasında bildirilir.
Qeyd edək ki, fransalı müdafiəçi "Latsio" ilə oyunun 67-ci dəqiqəsində penaltiyə səbəb olmaqla yanaşı, qırmızı vərəqə ilə cəzalandırılıb. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Çiro İmmobile Roma təmsilçisinin minimal hesablı qələbəsini müəyyənləşdirib.
Heybət