2023-cü ildə Gürcüstanı tərk edən rusların sayı ölkəyə gələn Rusiya vətəndaşlarının sayından çox olub.
Publika.az xəbər verir ki, bu barədə respublika Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Agentlik 1 856 237 rusiyalının Gürcüstana daxil olduğunu, 1 887 223 nəfərin isə getdiyini bildirib.
Gürcüstan dördüncü rübdə Rusiya dövlət sərhədindən keçidlərin sayına görə Türkiyədən sonra ikinci yerdədir.
Tural