Futzal üzrə Yüksək Liqada XIV turun oyunları keçirilib.
Publika.az xəbər verir ki, lider “Araz-Naxçıvan” “Record club”u darmadağın edib - 22:0.
“Neftçi” İK U-19-u 15:1 hesabı ilə üstələyib.
“Baku Fire” isə “Yasamal Bakı”dan güclü olub - 6:3.
Birinci pillədə qərarlaşan “Araz-Naxçıvan” bu nəticədən sonra xallarının sayını 37-yə çatdırıb “Baku Fire” 30 xalla ikinci, “Neftçi” İK 29 xalla üçüncü pillədə qərarlaşıb.
“Yasamal Bakı” 14 xalla dördüncü, U-19 6 xalla beşinci, “Record club” 4 xalla altıncı sıradadır.