"Dünya gözəllərim tətildədir" proqramında məşhur müğənni Bülent Ersoy onlara xidmət edən ofisiantdan haradan olduğunu soruşub. Ofisiantın “Qarsdanam” cavabından sonra Ersoyun “Bir az çirkinsən, amma nə olsun” sözləri gündəmi alt-üst edib.
Publika.az xəbər verir ki, Bülent Ersoyun davranışı sosial şəbəkələrdə geniş müzakirə olunub.
Görüntülər qısa müddətdə viral olub.
Sosial şəbəkə istifadəçiləri "Türkiyənin rəğbətini qazanan bir sənətçi işçilərlə niyə belə rəftar etsin ki?”, "Heç yaraşdırmadıq”, “Qarslılar haradasınız?” kimi şərhlər yazıblar.
Cəmilə