Gürcüstanda çevriliş təhlükəsi kiminsə fantaziyası deyil, real perspektivdir.
QÜTB.AZ xəbər verir ki, bu sözləri Tbilisi Maliyyə Universitetinin eksperti Şota Axaidze deyib. O, son 12 ildə dağıdıcı müxalifətin iqtidara can atdığını, qisas arzusunda olduğunu vurğulayıb. “Baxmayaraq ki, onlar yaxşı başa düşürlər ki, ən yaxşı halda maksimum 25% səsə arxalana bilərlər”, - gürcü analitik bildirib.
O vurğulayıb ki, Qərb dövlətləri müxalifətin bütün hərəkətlərinə haqq qazandırır, onu daha radikal addımlara sövq edir. Axaidze əmindir ki, Tbilisi bu çağırışların öhdəsindən gələ biləcək.
Tural