Qəzanın xilasedicilərə bildirilməsindən təxminən bir saat sonra xilasetmə qrupları İran prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğradığı ehtimal edilən yerə gəlib və axtarışlara başlanılıb.
Publika.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Bildirilib ki, əraziyə 16 xilasetmə qrupu göndərilib. Lakin ərazinin keçilməzliyi və əlverişsiz hava şəraiti, xüsusən də qatı duman axtarış-xilasetmə işini çətinləşdirir.
***
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib.
Publika.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.
Xilasedicilər hadisə yerinə yola düşüb. Ölkə liderinin vəziyyəti barədə məlumat verilməyib.
İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.
***
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib.
Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub, onlardan ikisi təyinat nöqtəsinə çata bilib.
Vurğulanıb ki, helikopterdə olanlardan bəziləri mərkəzlə əlaqə saxlamağa müvəffəq olub. Ona görə də hadisənin itkisiz yekunlaşacağına ümid artıb.
Helikopterin göyərtəsində ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da olub.