Metronun Nizami stansiyasından 28 maya doğru hərəkət edən qatarda həyəcanlı anlar yaşanıb.
Milli.Az bildirir ki, vaqondakı hədsiz sıxlıq səbəbindən sərnişinin halı pisləşərək yıxılıb.
Huşunu itirən gənc qız vaqonda olan polis əməkdaşının ayıq sayıqlığı nəticəsində qısa zamanda ilk yardım göstərilib.
Hazırda 28 may stansiyasında düşürülən xanım üçün tibbi yardım göstərilir.
Milli.Az