Məşhur alman futbolçu Andreas Breme 64 yaşında dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Brehme bu gecə Münhendə ürək tutması nəticəsində dünyasını dəyişib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Breme futbolçu karyerası ərzində “Kayzerslautern”, “İnter”, “Bayern”, “Saarbrüken” və “Saraqosa”da çıxış edib.
Qeyd edək ki, Breme tarixə Almaniya millisini DÇ-1990-nın qalibi edən futbolçu kimi düşüb. O, Argentina ilə həlledici qarşılaşmada Bundestimə qələbə qazandıran yeganə qolun müəllifi olub.
Heybət