29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Dünyanın var-dövləti silah-sursata xərclənir: Ağlasığmaz rəqəm

22 apr 2024 06:00
GÜNDƏM
ads

Stokholmdakı Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) dünyada hərbi müdafiə xərclərinin rekord həddə çatdığını hesablayıb.

Publika.az xəbər verir ki, hesabata görə 2023-cü ildə qlobal müdafiə xərcləri 2,443 milyard dollara çatıb.

Bu, institutun uzun illər apardığı müşahidələr ərzində qeydə aldığı ən böyük zirvədir. Müdafiəyə büdcədən xeyli vəsait xərcləyən ölkələr arasında Yaponiya, Səudiyyə Ərəbistanı, Almaniya, Böyük Britaniya, Fransa, Ukrayna, Rusiya, Çin, Hindistan və ABŞ var. Ən çox müdafiə xərclərinə malik iki ölkə - ABŞ (916 milyard) və Çin (296 milyard) dünyanın müdafiə xərclərinin demək olar ki, yarısını təşkil edir.

İnstitutun məlumatına görə, Rusiyada rəqəmlər belədir: 2023-cü ildə hərbi xərclər 2022-ci illə müqayisədə 24% artaraq 109 milyard dollar təşkil edib. Üstəlik, 2014-cü ildən bəri Rusiyada müdafiə xərcləri 57% artıb.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur