29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Mərcdə 20 milyon uduzdu

18 yan 2024 02:00
İDMAN
ads
Advertisement

Futbol şərhçisi və jurnalist Konstantin Qeniç mərcdə nə qədər uduzduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, idmana mərc etmək onu 15-20 milyon rubldan məhrum edib. Eyni zamanda, Qeniçin maksimum birdəfəlik uduşu təxminən 300 min rubl olub:

“Mən nə qədər itirmişəm? Dəqiq məbləğ demək çətindir. Şərhlərdə qumarbaz olduğumu, hər şeyi itirdiyimi yazırlar. Belə olsaydı, nə maşın sürə, nə də çoxdan arzuladığım evi ala bilməzdim. Bu, qumar asılılığı deyil. Bəzi məqamlarda uduzmağım xoşuma gəlməyib. İtirməkdən və geri qayıtmamaqdan nifrət edirəm. Bu, məni aşağı çəkir.

Gəlin, 10 illik aktiv oyunu götürək. 2015-2016-cı illərdə oynamağa başladım. Fransada keçirilən Avropa çempionatında ilk mərclərimi etdim. Nə qədər itirmişəm? 10 milyon var? Daha çox. 20 milyona qədər. Dəqiq saymamışam, amma məncə 15-20 milyon aralığında bir rəqəmdir. Axmaqlıqdı, etiraf edirəm. Ancaq bu, heç vaxt evimin, maşınımın, nə başqa əşyalarımın satılmasına səbəb olmayıb. Maksimum qazancım isə 300 mindir”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur