Türkiyəli məşhur yazıçı Aşkım Kapışmak İstanbulda yüksək qazanc vədi ilə insanları aldatdığı üçün cinayətkar şəbəkəyə qarşı əməliyyat çərçivəsində saxlanılıb.
Publika.az xəbər verir ki, o, kriptovalyuta alqı-satqısı platforması vasitəsilə "Sıfır risklə yüksək qazanc" vədi ilə fırıldaqçılıq edib.
"Cybergöz-42" əməliyyatları çərçivəsində ələ keçən yazıçı Ankaraya aparılıb.
Onun bir qrup şəxslə birgə bir milyard dollar haqsız qazanc əldə etdikləri bildirilib.//Oxu.az