29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Rəsədxana kosmik hava durumunu AÇIQLADI

24 iyn 2024 18:00
GÜNDƏM
ads

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.


Rəsədxanadan QÜTB.AZ-a bildirilib ki, Günəş fəallığı bir qədər zəifləyib. Həmçinin tac kütlə atılmaları qeydə alınıb. Günəşin səthində ləkələrin sayı artaraq 10 ləkə qrupunda 176 ləkə müşahidə olunur. Geomaqnit sahəsi sakit və aktiv səviyyələrdə olub. Hazırda kosmik hava sakitdir.


İyunun 30-dək Günəşdə C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 60 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15 faiz təşkil edir.


Günəş küləyinin sürətinin mənfi qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə iyunun 24-nə qismən artacağı, sonra isə nominal hala dönəcəyi gözlənilir.


Geomaqnit sahəsinin mənfi qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə iyunun 24-nə qeyri-sabit olacağı, sonra isə sakit olacağı proqnozlaşdırılır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur