"Nyukasl" 2022/23 mövsümü üçün maliyyə hesabatını təqdim edib.
Publika.az xəbər verir ki, klubun açıqladığı hesabat görə, "Nyukasl"ın gəliri 180 milyon funt-sterlinqdən 250 milyon funt-sterlinqə yüksəlib. Bununla belə, "ağ-qaralar" transfer xərclərinə görə 73,4 milyon funt sterlinq zərər edib.
Britaniya mətbuatının yazdığına görə, belə iqtisadi vəziyyət "Nyukasl"ı əsas oyunçularla ayrılmağa məcbur edə bilər.
Komandanın icraçı direktoru Darren İls "Nyukasl"ın Aleksandr İsak, Sven Botman və ya Bruno Qimaryeşdən birini satmalı olacaqlarını istisna etməyib.
Heybət