04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Avropa çempionu oldu: İki gün sonra həbs edildi

31 yan 2024 21:00
İDMAN
ads

Həndbol üzrə 2024-cü ilin Avropa çempionu, fransalı Benua Kunku Parisdə həbs edilib.

Publika.az xəbər verir ki, polis onu zorlama cəhdində şübhəli bilir.

Kunkunun həbsi yanvarın 30-na keçən gecə baş verib. Benoit gecə klubunda baş verən insidentdən sonra həbs edilib. İstintaqın məlumatına görə, bir müəssisədə olarkən həndbolçu sərxoş halda şalvarını aşağı çəkərək gənc qadını zorlamağa cəhd edib. Bundan sonra o, klubun mühafizəçiləri tərəfindən saxlanılaraq polisə təhvil verilib.

Fransa Həndbol Federasiyası hadisəyə belə cavab verib:

“Fransa Həndbol Federasiyası indiki mərhələdə vəziyyəti şərh edə bilmir və araşdırmanın gedişatını diqqətlə izləyir. Biz zorakılığın bütün formalarına qarşı mübarizəni dəstəkləyirik və bu cür davranışı qətiyyətlə pisləyirik. Bütün zorakılıq qurbanlarına dəstəyimizi bildiririk”.

Xatırladaq ki, Fransa millisi yanvarın 28-də Almaniyada keçirilən turnirin finalında Danimarka millisinə qalib gələrək (OT 33:31) 2024-cü ilin Avropa çempionu olub.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur