15.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Azərbaycanda ən çox bu ölkələrdən olan tələbələr təhsil alır

14 apr 2025 17:00
GÜNDƏM
ads

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramına 2024-2025-ci tədris ili üzrə 47 ölkədən yüzlərlə namizəd müraciət edib. 35 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb.

Qutb.az-ın məlumatına görə, namizədlərin əksəriyyəti Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Dövlət Neft və Sənaye Univesiteti, Bakı Mühəndislik Universiteti başda olmaqla 10 ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıblar.

Əcnəbilərin Azərbaycanda ali və orta təhsil alması üçün müraciətlərinin sayında da artım müşahidə olunur. Belə ki, 20222023-cü tədris ilində 5.3 min, 20232024-cü 2024/2025-ci tədris illərində isə 6.7 min müraciət qeydə alınıb.

Hazırda ölkənin ali və orta təhsil müəssisələrində dünyanın 105 ölkəsindən 11 minə yaxın əcnəbi və Azərbaycan vətəndaşlığı olmayan şəxs təhsil alır. Bu da əvvəlki tədris ilinə nisbətdə 10% çoxdur.

Tələbələr əsasən Türkiyə, Pakistan, İran, Gürcüstan, Rusiya, Hindistan, Nigeriya, Çin, Qazaxıstan və digər ölkələrdəndir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur