Azərbaycanəsilli türkiyəli siyasətçi, Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan maraqlı paylaşım edib.
Publika.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı şirkətinin siyasi tələblərinə görə baş tutmayan, "Qalatasaray" və "Fənərbağça" komandaları arasında keçirməli olan Superkubok matçıyla bağlı maraqlı məkan təklif edib.
O, görüşün ölkə xaricində keçiriməsi halında Xankəndi şəhər stadionunda baş tutmalı olduğunu bildirib. Siyasətçi əks halda matçın paytaxt Ankarada təşkil edilməsini də təklif edib.
Heybət
İlla yurt dışında oynamak istiyorsanız Hankendi stadyumunu öneririm. Aksi durumda ise bu final başkente yakışır… pic.twitter.com/rXzDrjB8fs
— Dr. Sinan Oğan (@DrSinanOgan) December 29, 2023