Abşeronda naməlum kişi meyiti aşkarlanıb.
Bu barədə Publika.az-a FHN-dən bildirilib.
Rayonun Saray qəsəbəsində bataqlıq ərazidə suyun üzündə aşkarlanan meyit FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.