Türkiyənin birinci divizion klubu “Ümraniyespor” “Arsenal”, PSJ, “Mançester Siti”, “Çelsi” və Fransa millisinin sabiq forvardı Nikola Anelkanın klubun baş direktoru təyin edildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib.
“Xoş gəlmisiniz, professor” deyə “Ümraniyespor” təmsilçiləri İnstaqram səhifəsində Nikolanın 2005-2006-cı illərdə “Fənərbağça”dakı çıxışına işarə edərək yazıblar.
Qeyd edək ki, “Ümraniyespor” Türkiyə birinci liqasında 12-ci pillədə qərarlaşıb.