Kemal Sunal, Şevket Altuğ və Ali Şenin rol aldığı "Tokatçı" filmində K.Sunalın canlandırdığı Osman obrazının aşiq olduğu Eminenin (Nazan Saatçi) 65 yaşı var.
Publika.az xəbər verir ki, Nazan 65 yaşı olmasına baxmayaraq, bədən quruluşu və gözəlliyi ilə hər kəsi özünə heyran qoyub.
O, 1978-ci ildə İnci qəzeti tərəfindən "kino kraliçası" seçilib. Saatçi 1983-cü ildə "Miss Asia Pacific" (Asiya gözəllik yarışması) yarışmasında ikinci olub.
Saatçi “Səssiz qaranlıq”, “Mineli Abdullah 2”, “Qorxunun qiyməti”, “Bir zamanlar qardaş idilər”, “Lənət gülləsi”, “Hər gün ölməkdən yoruldum”, “Ölməz”, “Ata Qartal”, “Ağrılar” və “Arzular” filmlərində də rol alıb.
Roza