“Mənim soykökümlə azərbaycanlıların soyu iç-içə olduğu üçün biz onlar, onlar biz sayılır. Çünki qarapapaqlar azərbaycanlılar kimi danışır, onlar kimi geyinir, onlar kimi mahnı oxuyur. Azərbaycanı, Bakını çox sevirəm. Hətta demək olar ki, Qarabağın hər yerini gəzmişəm”.
Qutb.az xəbər verir ki, bu haqda məşhur aktyor Ozan Akbaba türkiyəli jurnalist Fulya Öztürklə reportaj zamanı danışıb.
Aktyor işğaldan azad edildikdən sonra səfər etdiyi Qarabağın təbiətinə, memarlığına, mədəniyyətinə vurğunluğunu qeyd edib.