"Beşiktaş"ın idman direktoru Samet Aybaba Avropa Liqasının 1/8 finalının "Bayer" - "Qarabağ" cavab oyununu stadiondan izləyəcəyi barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, İstanbul təmsilçisinin rəsmisi Ağdam təmsilçisinin hücumçusu Olavio Juninyonu nəzərdən keçirib. "A spor"un yaydığı xəbərə görə, direktor 27 yaşlı futbolçunu çox bəyənib. Juninyo görüşdə vurduğu qol və öz oyunu ilə Samet Aybabanın diqqətini cəlb edib.
O, braziliyalı forvardı klub rəhbərliyinə tövsiyə edəcək. Juninyo ilə bağlı məsələ klubdaxili iclasda müzakirə olunacaq.
Qeyd edək ki, Juninyo bu mövsüm 43 matçda 23 qol vurb və 7 asist edib. Braziliyalı oyunçunun "Qarabağ"la müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Heybət