ABŞ-ın keçmiş prezidenti Donald Trampın vergi sənədlərini mətbuata sızdıran ABŞ Daxili Gəlir Xidmətinin keçmiş subpodratçısı Çarlz Litlkon 5 il həbs cəzasına məhkum edilib.
Publika.az xəbər verir ki, Litlkon Vaşinqtonda federal məhkəmədə keçirilən iclasda hakim qarşısına çıxıb. 2023-cü ilin oktyabrında prokurorluqla razılaşdırılaraq “amerikalının federal vergi bəyannamələrini qeyri-qanuni şəkildə açıqlamaq” ittihamını qəbul edən Litlkona 5 il həbs və 5 min dollar cərimə cəzası verilib.
Prosesə sədrlik edən hakim Ana Reyes bu cinayətin ABŞ-a və onun hüquqi əsaslarına qarşı hücum olduğunu bildirib:
“Sizin ABŞ-ın prezidentinə (Tramp) etdikləriniz bizim konstitusiyamıza qarşı hücumdur”.
Qeyd edək ki, o, Trampın qeydləri də daxil olmaqla, 1000-dən çox varlı milyarderin vergi bəyannamələrini Vergilər İdarəsinə məxsus kompüterdən "New York Times" və "ProPuplica" adlı media təşkilatlarına sızdırıb.
Roza Şəfiyeva