ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Osmanlı Sultanlarının dualı köynəkləri Romada sərgiləndi
Bu gün Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) yeni sədr müavini təyin olunub. Şeyxülislam Allahşükür Paşazadənin müavini postu Bəxtiyar Nəcəfova həvalə edilib.
Yeni sədr müavini təyinatla bağlı ilk təəssüratlarını bölüşüb.
O, Bakı İslam Universitetində təhsil aldığını deyib: "Bir müddət Naxçıvan Muxtar Respublikasının Babək rayonunda axund vəzifəsində çalışmışam. Bundan sonra Naxçıvan Muxtar Respublikasının Dini İcmalar Birliyinin sədri olmuşam. 2007-ci ildə Bakıya köçmüşəm və Qafqaz Müsəlmanlar İdarəsinin xarici əlaqələr şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışmışam. Həmçinin pandemiyadan öncə Heydər məscidinə axund kimi, daha sonra Təzəpir məscidinə imam təyinatı almışam".